Yunanıstanda koronavirusa rekord yoluxma
![]()
Yunanıstanda sutka ərzində koronavirusa 2166 yeni yoluxma halı qeydə alınıb.
TASS-ın məlumatına görə, sözügedən göstərici Yunanıstan üçün rekord olub.
Ölkədə noyabrın 2-də yoluxma sayı 1151 olsa da, bir gün içində təxminən iki dəfə artım qeydə alınıb.
Qeyd edək ki, Yunanıstanda ümumilikdə 44246 nəfər koronavirusa yoluxub. 655 nəfər xəstəlikdən ölüb.
Rubrika.Az
Facebook-da paylaş














