Əsas Səhifə > Dünya > Paşinyanı tənqid edən jurnalisti bıçaqladılar

Paşinyanı tənqid edən jurnalisti bıçaqladılar


17-11-2020, 15:33
Paşinyanı tənqid edən jurnalisti bıçaqladılar

Ermənistanın “Adekvad” müxalif partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan baş nazir Nikol Paşinyanla bağlı tənqidi mövqeyinə görə bıçaqlanıb.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, jurnalist küçədə iki nəfərin hücumuna məruz qalıb.

Mübahisə zamanı Paşinyanı müdafiə edən şəxslərdən biri Ter-Nakalyanı üz və ayaq nahiyəsindən yaralayıb.

Jurnalist bildirib ki, ona edilən hücuma görə Nikol Paşinyan məsuliyyət daşıyır.

Rubrika.az
Geri qayıt