Paşinyanı tənqid edən jurnalisti bıçaqladılar

Ermənistanın “Adekvad” müxalif partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan baş nazir Nikol Paşinyanla bağlı tənqidi mövqeyinə görə bıçaqlanıb.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, jurnalist küçədə iki nəfərin hücumuna məruz qalıb.
Mübahisə zamanı Paşinyanı müdafiə edən şəxslərdən biri Ter-Nakalyanı üz və ayaq nahiyəsindən yaralayıb.
Jurnalist bildirib ki, ona edilən hücuma görə Nikol Paşinyan məsuliyyət daşıyır.
Rubrika.az
Facebook-da paylaş












