Əsas Səhifə > Dünya > İŞİD-in ən təhlükəli üzvlərindən biri yaxalandı
İŞİD-in ən təhlükəli üzvlərindən biri yaxalandı3-01-2021, 16:30 |
|
İŞİD terror qruplaşmasının İraqdakı əməliyyatlarında yaxından iştirak edən terrorçularından biri Türkiyənin paytaxtı Ankarada yaxalanıb. Rubrika.Az xəbər verir ki, şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub. O bir zamanlar avtomobillərə partlayıcı vasitələrin quraşdırılmasını həyata keçirib. Terrorçunun “Kalaşnikov” avtomatı və terrorçularla təlimlərini, habelə avtomobillərə partlayıcı qurğuların yerləşdirilməsini əks etdirən şəkilləri ələ keçirilib. Rubrika.Az Geri qayıt |