İŞİD-in ən təhlükəli üzvlərindən biri yaxalandı
![]()
İŞİD terror qruplaşmasının İraqdakı əməliyyatlarında yaxından iştirak edən terrorçularından biri Türkiyənin paytaxtı Ankarada yaxalanıb.
Rubrika.Az xəbər verir ki, şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub. O bir zamanlar avtomobillərə partlayıcı vasitələrin quraşdırılmasını həyata keçirib.
Terrorçunun “Kalaşnikov” avtomatı və terrorçularla təlimlərini, habelə avtomobillərə partlayıcı qurğuların yerləşdirilməsini əks etdirən şəkilləri ələ keçirilib.
Rubrika.Az
Facebook-da paylaş













