Əsas Səhifə > Dünya > Ağ Ev: “Bayden Putinlə telefon söhbətində geri çəkilmədi...”
Ağ Ev: “Bayden Putinlə telefon söhbətində geri çəkilmədi...”29-01-2021, 12:37 |
|
Ağ Ev sözçüsü Jen Psaki brifinq zamanı ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı "geri çəkilmədiyini" və narahatlıqlarını açıq şəkildə söylədiyini deyib. Rubrika.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Psaki "Bayden söhbət prezident Putin və Rusiya rəhbərliyinin hərəkətlərindən gedərkən bir an da greri durmadı, hər şeyi açıq bildirdi”, - deyə bildirib. Mətbuat katibi əlavə edib ki, söhbətdə Amerika prezidentinin "aydın məqsədləri” var idi ki, o da bunları reallaşdırmağı bacardı. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ başçıları Vladimir Putin və Co Bayden arasında ilk söhbətin təfərrüatlarını açıqlamışdı. Rubrika.Az Geri qayıt |