Ağ Ev: “Bayden Putinlə telefon söhbətində geri çəkilmədi...”
![]()
Ağ Ev sözçüsü Jen Psaki brifinq zamanı ABŞ prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə söhbəti zamanı "geri çəkilmədiyini" və narahatlıqlarını açıq şəkildə söylədiyini deyib.
Rubrika.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, Psaki "Bayden söhbət prezident Putin və Rusiya rəhbərliyinin hərəkətlərindən gedərkən bir an da greri durmadı, hər şeyi açıq bildirdi”, - deyə bildirib.
Mətbuat katibi əlavə edib ki, söhbətdə Amerika prezidentinin "aydın məqsədləri” var idi ki, o da bunları reallaşdırmağı bacardı.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ başçıları Vladimir Putin və Co Bayden arasında ilk söhbətin təfərrüatlarını açıqlamışdı.
Rubrika.Az
Facebook-da paylaş










