Əsas Səhifə > Aktual > Yusif Axundzadə “Şöhrət” ordeni ilə təltif edildi (SƏRƏNCAM)
Yusif Axundzadə “Şöhrət” ordeni ilə təltif edildi (SƏRƏNCAM)8-02-2021, 16:50 |
|
Yusif Yevgenyeviç Axundzadə "Şöhrət” ordeni ilə təltif edilib. Rubrika.Az-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb. Qeyd edək ki, Y.Axundzadə 1946-cı il Bakı şəhərində anadan olub. General-Mayor Y.Axundzadə 1992-ci ildən etibarən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisidir. O, Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi və xalq artistidir. Rubrika.az Geri qayıt |