Yusif Axundzadə “Şöhrət” ordeni ilə təltif edildi (SƏRƏNCAM)
![]()
Yusif Yevgenyeviç Axundzadə "Şöhrət” ordeni ilə təltif edilib.
Rubrika.Az-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Y.Axundzadə 1946-cı il Bakı şəhərində anadan olub. General-Mayor Y.Axundzadə 1992-ci ildən etibarən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisidir. O, Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi və xalq artistidir.
Rubrika.az
Facebook-da paylaş










