Əsas Səhifə > Dünya > Ermənistan əhalisi müxalifətin mitinqini boykot edir

Ermənistan əhalisi müxalifətin mitinqini boykot edir


19-02-2021, 17:43
Ermənistan əhalisi müxalifətin mitinqini boykot edir

Ermənistanda rəyi soruşulan vətəndaşların 89,1 faizi fevralın 20-də paytaxt İrəvanda müxalifətin keçirəcəyi mitinqdə iştirak etməyəcəklərini bildiriblər.

Rubrika.Az azvision.az-a istinadla xəbər verir ki, bu barədə “Gallup” Beynəlxalq Assosiasiyasının sorğusunun nəticələrində qeyd olunub.

Qurumun Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib ki, sorğu 15-17 fevralda bütün Ermənistan ərazisi əhatə olunmaqla aparılıb.

Xatırladaq ki, sabah İrəvandakı Azadlıq meydanında müxalifət mitinq keçirəcək.

Rubrika.Az
Geri qayıt