Ermənistan əhalisi müxalifətin mitinqini boykot edir

Ermənistanda rəyi soruşulan vətəndaşların 89,1 faizi fevralın 20-də paytaxt İrəvanda müxalifətin keçirəcəyi mitinqdə iştirak etməyəcəklərini bildiriblər.
Rubrika.Az azvision.az-a istinadla xəbər verir ki, bu barədə “Gallup” Beynəlxalq Assosiasiyasının sorğusunun nəticələrində qeyd olunub.
Qurumun Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib ki, sorğu 15-17 fevralda bütün Ermənistan ərazisi əhatə olunmaqla aparılıb.
Xatırladaq ki, sabah İrəvandakı Azadlıq meydanında müxalifət mitinq keçirəcək.
Rubrika.Az
Facebook-da paylaş





