Əsas Səhifə > Səhiyyə > İranda ötən sutkada 94 nəfər koronavirusdan öldü
İranda ötən sutkada 94 nəfər koronavirusdan öldü26-02-2021, 17:36 |
|
İranda ötən sutka ərzində 94 nəfər koronavirusdan (COVID-19) ölüb. Rubrika.Az xəbər verir ki, bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 830 nəfərə yüksəlib. Ölkədə ötən 24 saat ərzində 8206 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 607 081 nəfərə çatıb. Virus daşıyıcılarından 3 712 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İranda indiyədək 1 372 309 nəfər koronavirusdan sağalıb. Rubrika.Az Geri qayıt |