İranda ötən sutkada 94 nəfər koronavirusdan öldü
![]()
İranda ötən sutka ərzində 94 nəfər koronavirusdan (COVID-19) ölüb.
Rubrika.Az xəbər verir ki, bununla da ölkədə bu virusdan ölənlərin sayı 59 830 nəfərə yüksəlib.
Ölkədə ötən 24 saat ərzində 8206 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 607 081 nəfərə çatıb. Virus daşıyıcılarından 3 712 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 372 309 nəfər koronavirusdan sağalıb.
Rubrika.Az
Facebook-da paylaş












