Əsas Səhifə > İdman > Bu gün Avropa çempionatına sahiblik edəcək şəhərlər bəlli olacaq
Bu gün Avropa çempionatına sahiblik edəcək şəhərlər bəlli olacaq19-04-2021, 07:47 |
|
Bu gün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin siyahısını yekun olaraq təsdiqləyəcək. Oyunların Dublin və Münhendə keçirilməsi şübhə altındadır. Avropa çempionatının oyunları 11 iyun - 11 iyul tarixlərində Avropanın 12 şəhərində: Sankt-Peterburq, Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen və Romada keçirililməsi planlaşdırılır. İcraiyyə Komitəsi iclasının gündəliyinə həmçinin, 2024-cü ildən sonrakı UEFA klub yarışlarının formatı, yeni qaydaları və 2021-ci ildən 2025-ci ilədək Qadınlar Çempionlar Liqasında maliyyənin paylanması sxeminin müzakirəsi də daxildir. Rubrika.az Geri qayıt |