Bu gün Avropa çempionatına sahiblik edəcək şəhərlər bəlli olacaq
![]()
Bu gün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin siyahısını yekun olaraq təsdiqləyəcək.
Oyunların Dublin və Münhendə keçirilməsi şübhə altındadır.
Avropa çempionatının oyunları 11 iyun - 11 iyul tarixlərində Avropanın 12 şəhərində: Sankt-Peterburq, Amsterdam, Bakı, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münhen və Romada keçirililməsi planlaşdırılır.
İcraiyyə Komitəsi iclasının gündəliyinə həmçinin, 2024-cü ildən sonrakı UEFA klub yarışlarının formatı, yeni qaydaları və 2021-ci ildən 2025-ci ilədək Qadınlar Çempionlar Liqasında maliyyənin paylanması sxeminin müzakirəsi də daxildir.
Rubrika.az
Facebook-da paylaş











