Əsas Səhifə > Cəmiyyət > Laçında saxlanılan erməni hərbçi ölkəsinə təhvil verilib
Laçında saxlanılan erməni hərbçi ölkəsinə təhvil verilib9-06-2021, 09:09 |
|
Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb. Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilmişdir. Rubrika.Az Geri qayıt |