Laçında saxlanılan erməni hərbçi ölkəsinə təhvil verilib
![]()
Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.
Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilmişdir.
Rubrika.Az
Facebook-da paylaş












