Əsas Səhifə > Cəmiyyət > Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq
Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq22-06-2021, 10:54 |
|
Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, iyul ayının 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir. Rubrika.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı qərarda qeyd olunub. Belə ki, avqustun 1-dək birinci doza qeyd olunan vaksinasiya sertifikatı qəbul ediləcək. Avqustun 1-dən isə COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin 80 faizindən COVID pasportu tələb olunacaq. Rubrika.Az Geri qayıt |