Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq
![]()
Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, iyul ayının 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir.
Rubrika.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı qərarda qeyd olunub.
Belə ki, avqustun 1-dək birinci doza qeyd olunan vaksinasiya sertifikatı qəbul ediləcək.
Avqustun 1-dən isə COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin 80 faizindən COVID pasportu tələb olunacaq.
Rubrika.Az
Facebook-da paylaş














