Əsas Səhifə > Cəmiyyət > Polis Azərbaycanda 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü - YENİLƏNİB

Polis Azərbaycanda 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü - YENİLƏNİB


29-06-2021, 17:31
Polis Azərbaycanda 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Ağdam rayonunda yaşayan 17 yaşlı qızın ana olması məsələsinə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyunun 23-də Ağdam rayon Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

15:26

Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.

Rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.

17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.

Rubrika.Az
Geri qayıt