Polis Azərbaycanda 17 yaşlı qızın ana olması ilə bağlı məsələni nəzarətə götürdü - YENİLƏNİB
![]()
Daxili İşlər Nazirliyi Ağdam rayonunda yaşayan 17 yaşlı qızın ana olması məsələsinə münasibət bildirib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyunun 23-də Ağdam rayon Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.
Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.
15:26
Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.
Rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.
17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.
Rubrika.Az
Facebook-da paylaş













