Əsas Səhifə > Dünya > Paşinyan Rusiyaya buna görə gedirmiş
Paşinyan Rusiyaya buna görə gedirmiş7-07-2021, 10:57 |
![]() Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edəcək. Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. "Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər". Bundan əlavə, görüşdə Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsinin müzakirə olunacağı barədə məlumat verilib.(unikal.org) Rubrika.Az Geri qayıt |