Paşinyan Rusiyaya buna görə gedirmiş

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edəcək.
Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 7-də baş tutacaq səfər çərçivəsində Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
"Tərəflər Rusiya-Ermənistan arasında strateji əməkdaşlığı, 2020-ci ilin noyabrın 9-da və 2021-ci ilin yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılması, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərini müzakirə edəcəklər".
Bundan əlavə, görüşdə Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsinin müzakirə olunacağı barədə məlumat verilib.(unikal.org)
Rubrika.Az
Facebook-da paylaş








