Əsas Səhifə > Səhiyyə > Dünyada COVID-19-a yoluxanların sayı 199 milyon nəfərə yaxınlaşıb
Dünyada COVID-19-a yoluxanların sayı 199 milyon nəfərə yaxınlaşıb3-08-2021, 15:43 |
|
Dünyada COVID-19 virusuna yoluxanların sayı 198 933 145 nəfərə çatıb. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins universitetindən məlumat veriblər. Məlumata görə, indiyədək COVID-19 səbəbindən 4 236 469 nəfər dünyasını dəyişib. Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlükdə yer alır. Rubrika.az Geri qayıt |