Dünyada COVID-19-a yoluxanların sayı 199 milyon nəfərə yaxınlaşıb
![]()
Dünyada COVID-19 virusuna yoluxanların sayı 198 933 145 nəfərə çatıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins universitetindən məlumat veriblər.
Məlumata görə, indiyədək COVID-19 səbəbindən 4 236 469 nəfər dünyasını dəyişib.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlükdə yer alır.
Rubrika.az
Facebook-da paylaş












