Əsas Səhifə > Gündəm > Həsənov Türkiyədə: Akarla nələr müzakirə olunacaq?
Həsənov Türkiyədə: Akarla nələr müzakirə olunacaq?16-08-2021, 16:44 |
|
Müdafiə naziri Zakir Həsənov “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak üçün Türkiyəyə getdi. Məqsəd sərgidə iştirak olsa da, son hadisələr fonunda nazir türkiyəli həmkarı Hulusi Akarla iki vacib məsələni müzakirə edə bilər. Əfqanıstan: Azərbaycan sülhməramlıları Türkiyə ilə birlikdə Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsində iştirak edir; Talibanın gəlişindən sonrakı vəziyyət və birgə atılacaq addımlar müzakirə oluna bilər; sülhməramlı hərbçilərimizin sayının artırılması da mümkündür; Qarabağ: Həsənovla Akarın əsas müzakirə mövzusu bu olacaq; - Ankara rus sülhməramlılarının Azərbaycanın suverenliyinə təhdid yaradan fəaliyyətini Moskva qarşısında qaldıra bilər; - Sülhməramlı kontingentində türk hərbçilərin təmsil olunması, yaxud Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gətirilə bilər; - Əliyevin mesajını verdiyi antiterror (erməni terrorçuların postlarına qarşı kiçikçaplı əməliyyatlar və s.) əməliyyatının detalları və atılacaq addımlar müzakirə oluna bilər;(axar.az) Rubrika.Az Geri qayıt |