Həsənov Türkiyədə: Akarla nələr müzakirə olunacaq?
![]()
Müdafiə naziri Zakir Həsənov “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak üçün Türkiyəyə getdi. Məqsəd sərgidə iştirak olsa da, son hadisələr fonunda nazir türkiyəli həmkarı Hulusi Akarla iki vacib məsələni müzakirə edə bilər.
Əfqanıstan: Azərbaycan sülhməramlıları Türkiyə ilə birlikdə Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsində iştirak edir; Talibanın gəlişindən sonrakı vəziyyət və birgə atılacaq addımlar müzakirə oluna bilər; sülhməramlı hərbçilərimizin sayının artırılması da mümkündür;
Qarabağ: Həsənovla Akarın əsas müzakirə mövzusu bu olacaq;
- Ankara rus sülhməramlılarının Azərbaycanın suverenliyinə təhdid yaradan fəaliyyətini Moskva qarşısında qaldıra bilər;
- Sülhməramlı kontingentində türk hərbçilərin təmsil olunması, yaxud Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi gündəmə gətirilə bilər;
- Əliyevin mesajını verdiyi antiterror (erməni terrorçuların postlarına qarşı kiçikçaplı əməliyyatlar və s.) əməliyyatının detalları və atılacaq addımlar müzakirə oluna bilər;(axar.az)
Rubrika.Az
Facebook-da paylaş











