Əsas Səhifə > Səhiyyə > Hazırda Azərbaycanda yayılan virus “Delta” ştammıdır - RƏSMİ

Hazırda Azərbaycanda yayılan virus “Delta” ştammıdır - RƏSMİ


20-08-2021, 11:47
Hazırda Azərbaycanda yayılan virus “Delta” ştammıdır - RƏSMİ

“Virus infeksiyalarında mutasiyalar aşkarlandığı zaman mövsümi xarakter daşıyır”.

Rubrika.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, hazırda respublikamızda yayılan ştamm “Delta” ştammıdır:

“Bu ştammın müalicəsində heç bir fərq yoxdur. Bizim üçün xəstənin klinik vəziyyəti önəmlidir. Bu ştamm səbəb olub ki, belə sürətli şəkildə kəskin artım müşahidə olunub”.

Rubrika.az
Geri qayıt