Hazırda Azərbaycanda yayılan virus “Delta” ştammıdır - RƏSMİ
![]()
“Virus infeksiyalarında mutasiyalar aşkarlandığı zaman mövsümi xarakter daşıyır”.
Rubrika.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, hazırda respublikamızda yayılan ştamm “Delta” ştammıdır:
“Bu ştammın müalicəsində heç bir fərq yoxdur. Bizim üçün xəstənin klinik vəziyyəti önəmlidir. Bu ştamm səbəb olub ki, belə sürətli şəkildə kəskin artım müşahidə olunub”.
Rubrika.az
Facebook-da paylaş












