Əsas Səhifə > Cəmiyyət > Ötən gün 16 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb
Ötən gün 16 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb25-08-2021, 17:05 |
|
Avqustun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 5 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: - 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 16 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Rubrika.az Geri qayıt |