Ötən gün 16 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb
![]()
Avqustun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 5 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 16 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Rubrika.az
Facebook-da paylaş















