Əsas Səhifə > Cəmiyyət > Qızını zəhərli iynə ilə öldürən şəxsə hökm oxundu- Namus üstündə etdiyini dedi
Qızını zəhərli iynə ilə öldürən şəxsə hökm oxundu- Namus üstündə etdiyini dedi8-09-2021, 16:16 |
![]() Buzovna qəsəbəsində qızını zəhərli iynə ilə öldürən şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacıağa qızını öldürməkdə şübhəli bilinən Hacıağa Salmanovun cinayət işi üzrə məhkəmə araşdırması baş çatıb. Məhkəmənin hökmü ilə H.Salmanov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rəsmi məlumata görə aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacıağa Əzizağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. H.Salmanov qətli namus üstündə törətdiyini iddia edir. Rubrika.Az Geri qayıt |