Qızını zəhərli iynə ilə öldürən şəxsə hökm oxundu- Namus üstündə etdiyini dedi

Buzovna qəsəbəsində qızını zəhərli iynə ilə öldürən şəxs hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacıağa qızını öldürməkdə şübhəli bilinən Hacıağa Salmanovun cinayət işi üzrə məhkəmə araşdırması baş çatıb.
Məhkəmənin hökmü ilə H.Salmanov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata görə aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin atası 1960-cı il təvəllüdlü Salamov Hacıağa Əzizağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
H.Salmanov qətli namus üstündə törətdiyini iddia edir.
Rubrika.Az
Facebook-da paylaş










