Əsas Səhifə > Hadisə > Salyanda yol qəzası - xəsarət alanlar var

Salyanda yol qəzası - xəsarət alanlar var


1-11-2021, 11:46
Salyanda yol qəzası - xəsarət alanlar var

..Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində şəhər sakinləri - 1987-ci il təvəllüdlü Orucova Güldanə Əhməd qızı və 2013-cü il təvəllüdlü Dadaşlı Emil Fəqani oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt