Salyanda yol qəzası - xəsarət alanlar var
![]()
..Salyanda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində şəhər sakinləri - 1987-ci il təvəllüdlü Orucova Güldanə Əhməd qızı və 2013-cü il təvəllüdlü Dadaşlı Emil Fəqani oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş









