Əsas Səhifə > İdman > İngiltərə klubu Mourinyodan sonra daha bir portuqaliyalı baş məşqçini yola saldı
İngiltərə klubu Mourinyodan sonra daha bir portuqaliyalı baş məşqçini yola saldı1-11-2021, 16:34 |
|
İngiltərənin “Totenhem” klubu baş məşqçi Nunu Espiritu Santu ilə yolları ayırıb. Oxu.Az xəbər verir ki, portuqaliyalı məşqçinin köməkçiləri – Yan Katro, Ruy Barboza və Antoniu Dias da yola salınıb. Qeyd edək ki, “Totenhem” son turda Londonda “Mançester Yunayted”ə 0:3 hesabı ilə uduzub. Komanda hazırda 15 xalla 8-ci sırada qərarlaşıb. Xatırladaq ki, daha əvvəl komandanı digər portuqaliyalı baş məşqçi Juze Mourinyo çalışdırırdı. Rubrika.Az Geri qayıt |