İngiltərə klubu Mourinyodan sonra daha bir portuqaliyalı baş məşqçini yola saldı
![]()
İngiltərənin “Totenhem” klubu baş məşqçi Nunu Espiritu Santu ilə yolları ayırıb.
Oxu.Az xəbər verir ki, portuqaliyalı məşqçinin köməkçiləri – Yan Katro, Ruy Barboza və Antoniu Dias da yola salınıb.
Qeyd edək ki, “Totenhem” son turda Londonda “Mançester Yunayted”ə 0:3 hesabı ilə uduzub. Komanda hazırda 15 xalla 8-ci sırada qərarlaşıb.
Xatırladaq ki, daha əvvəl komandanı digər portuqaliyalı baş məşqçi Juze Mourinyo çalışdırırdı.
Rubrika.Az
Facebook-da paylaş











