Əsas Səhifə > Dünya > Çin və ABŞ liderləri görüşür - Hansı qərarlar olacaq?
Çin və ABŞ liderləri görüşür - Hansı qərarlar olacaq?12-11-2021, 16:10 |
|
..Noyabrın 15-də ABŞ Prezidenti Co Bayen və Çin dövlət başçısı Si Cinpin arasında görüş baş tuta bilər. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ və Çin arasında ticarət, insan haqları və hərbi fəaliyyətlə bağlı gərginlik fonunda ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpinin noyabrın 15-də videokonfrans vasitəsilə görüşəcəyi gözlənilir. ABŞ və Çin hələlik görüşlə bağlı rəsmi açıqlama verməyib. Bayden və Si Cinpinin görüşünü təşkil etmək üçün ötən ay İsveçrənin Surix şəhərində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sallivan və Çin Kommunist Partiyasının mərkəzi komitəsinin xarici əlaqələr kmissiyasının direktoru Yanq Jiekpi 6 saat müzakirə aparmışdı. Tərəflərin hansı məsələlərə dair qərar verəcəyi hələlik bəlli deyil. Analitiklərə görə, tərəflər Hind-Sakit okean bölgəsində və Tayvandakı gərgin durumu, COVID-19 problemini və iqlim dəyişikliyi kimi məsələləri müzakirə edəcək. Rubrika.az Geri qayıt |