Çin və ABŞ liderləri görüşür - Hansı qərarlar olacaq?
![]()
..Noyabrın 15-də ABŞ Prezidenti Co Bayen və Çin dövlət başçısı Si Cinpin arasında görüş baş tuta bilər.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ və Çin arasında ticarət, insan haqları və hərbi fəaliyyətlə bağlı gərginlik fonunda ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpinin noyabrın 15-də videokonfrans vasitəsilə görüşəcəyi gözlənilir.
ABŞ və Çin hələlik görüşlə bağlı rəsmi açıqlama verməyib.
Bayden və Si Cinpinin görüşünü təşkil etmək üçün ötən ay İsveçrənin Surix şəhərində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sallivan və Çin Kommunist Partiyasının mərkəzi komitəsinin xarici əlaqələr kmissiyasının direktoru Yanq Jiekpi 6 saat müzakirə aparmışdı.
Tərəflərin hansı məsələlərə dair qərar verəcəyi hələlik bəlli deyil. Analitiklərə görə, tərəflər Hind-Sakit okean bölgəsində və Tayvandakı gərgin durumu, COVID-19 problemini və iqlim dəyişikliyi kimi məsələləri müzakirə edəcək.
Rubrika.az
Facebook-da paylaş










