Əsas Səhifə > Hadisə > Bakıda zavoddan oğurluq edildi
Bakıda zavoddan oğurluq edildi15-11-2021, 13:26 |
|
..Bakının Xətai rayonunda zavodda oğurluq edilib. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə noyabrın 12-də rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20 000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |