Bakıda zavoddan oğurluq edildi
![]()
..Bakının Xətai rayonunda zavodda oğurluq edilib.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə noyabrın 12-də rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20 000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş














