Əsas Səhifə > Hadisə > Qəbiristanlıqdan 4 000 manat dəyərində oğurluq edən şəxs saxlanıldı
Qəbiristanlıqdan 4 000 manat dəyərində oğurluq edən şəxs saxlanıldı15-11-2021, 16:51 |
|
..Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı iki məzarın ətrafından 4 000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |