Qəbiristanlıqdan 4 000 manat dəyərində oğurluq edən şəxs saxlanıldı
![]()
..Yevlax Rayon Polis Şöbəsinə Malbinəsi kənd qəbiristanlığındakı iki məzarın ətrafından 4 000 manat dəyərində olan aliminium barmaqlıqların oğurlanması barədə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri B.Qarayev və X.Musayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş













