Əsas Səhifə > Dünya > Makron geri çəkildi - Fransa ordusu bölgədən çıxdı
Makron geri çəkildi - Fransa ordusu bölgədən çıxdı17-11-2021, 14:39 |
|
..Antiterror əməliyyatları çərçivəsində Malidə yerləşdirilmiş Fransa hərbi qüvvələri üçün geri çəkilmə qərarı verilib. Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Prezident Emmanuel Makron və G-5 Sahel ölkələrinin iyul ayında qəbul etdiyi qərara uyğun olaraq, Fransanın Tessalitdəki hərbi bazasını noyabrın 13-də Mali ordusuna təhvil verdiyi bildirilib. Fransız hərbçilərinin noyabrın 15-də hərbi bazadan tamamilə çıxdığı deyilib. Fransa Baş Qərargahının bundan əvvəl verdiyi açıqlamada terrorçuların Kidal bölgəsindən çıxarıldığı, son logistika konvoyunun isə oktyabrın 12-də bölgəni tərk etdiyi bildirilib. Maddi-texniki və inzibati prosedurları tamamlamaq üçün bölgədə son batalyonun qaldığı qeyd edilib. Emmanuel Makron əməliyyatları gələn ilin birinci rübündə bitirəcəklərini, amma bölgədən geri çəkilməyəcəklərini açıqlamışdı. Rubrika.az Geri qayıt |