Makron geri çəkildi - Fransa ordusu bölgədən çıxdı
![]()
..Antiterror əməliyyatları çərçivəsində Malidə yerləşdirilmiş Fransa hərbi qüvvələri üçün geri çəkilmə qərarı verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Prezident Emmanuel Makron və G-5 Sahel ölkələrinin iyul ayında qəbul etdiyi qərara uyğun olaraq, Fransanın Tessalitdəki hərbi bazasını noyabrın 13-də Mali ordusuna təhvil verdiyi bildirilib.
Fransız hərbçilərinin noyabrın 15-də hərbi bazadan tamamilə çıxdığı deyilib.
Fransa Baş Qərargahının bundan əvvəl verdiyi açıqlamada terrorçuların Kidal bölgəsindən çıxarıldığı, son logistika konvoyunun isə oktyabrın 12-də bölgəni tərk etdiyi bildirilib. Maddi-texniki və inzibati prosedurları tamamlamaq üçün bölgədə son batalyonun qaldığı qeyd edilib.
Emmanuel Makron əməliyyatları gələn ilin birinci rübündə bitirəcəklərini, amma bölgədən geri çəkilməyəcəklərini açıqlamışdı.
Rubrika.az
Facebook-da paylaş
















