Əsas Səhifə > Dünya > ABŞ və İngiltərə məxfi əməliyyata başlayır - Aralıq dənizində...
ABŞ və İngiltərə məxfi əməliyyata başlayır - Aralıq dənizində...19-11-2021, 12:35 |
|
..Aralıq dənizində 1600 metr dərinlikdən 130 milyon dollarlıq F-35 qırıcısını çıxarmaq üçün ABŞ prosesə daxil olub. Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, rusların hadisə yerinə yaxınlaşmaması üçün hərbi gəmilər və qırıcılar mövqe tutub. Aralıq dənizindən keçərək Sakit okeana qədər müşahidə uçuşları edən F-35 geri qayıdarkən Aralıq dənizinə düşüb. Qəza gizli sirlərin arxasınca düşən beynəlxalq gücləri üz-üzə gətirib. Qırıcının pilotu xilas edilsə də, İngiltərə və ABŞ-ın qorxusu təyyarənin qalıqlarının rusların əlinə keçməsidir. İngiltərə donanması təyyarəni çıxarmaq üçün müttəfiqi ABŞ-dan dəstək istəyib. Qeyd edək ki, dünyada bir neçə ölkə belə dərinlikdə olan təyyarəni çıxarmaq imkanına malikdir. İlkin məlumat odur ki, təyyarəni İngiltərə-ABŞ qrupu çıxaracaq. Məxfi aparılacaq əməliyyat üçün son hazırlıq işləri görülür. Hazırda İspaniyada olan ABŞ qrupu lazım olan ləvazimatlarla birlikdə Misir istiqamətində hərəkət edir. Xatırladaq ki, İngilis Kraliyyət Donanmasına aid F-35 qırıcısı iki gün əvvəl Aralıq dənizinə düşüb. Rubrika.az Geri qayıt |