ABŞ və İngiltərə məxfi əməliyyata başlayır - Aralıq dənizində...
![]()
..Aralıq dənizində 1600 metr dərinlikdən 130 milyon dollarlıq F-35 qırıcısını çıxarmaq üçün ABŞ prosesə daxil olub.
Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, rusların hadisə yerinə yaxınlaşmaması üçün hərbi gəmilər və qırıcılar mövqe tutub.
Aralıq dənizindən keçərək Sakit okeana qədər müşahidə uçuşları edən F-35 geri qayıdarkən Aralıq dənizinə düşüb. Qəza gizli sirlərin arxasınca düşən beynəlxalq gücləri üz-üzə gətirib.
Qırıcının pilotu xilas edilsə də, İngiltərə və ABŞ-ın qorxusu təyyarənin qalıqlarının rusların əlinə keçməsidir.
İngiltərə donanması təyyarəni çıxarmaq üçün müttəfiqi ABŞ-dan dəstək istəyib.
Qeyd edək ki, dünyada bir neçə ölkə belə dərinlikdə olan təyyarəni çıxarmaq imkanına malikdir.
İlkin məlumat odur ki, təyyarəni İngiltərə-ABŞ qrupu çıxaracaq. Məxfi aparılacaq əməliyyat üçün son hazırlıq işləri görülür.
Hazırda İspaniyada olan ABŞ qrupu lazım olan ləvazimatlarla birlikdə Misir istiqamətində hərəkət edir.
Xatırladaq ki, İngilis Kraliyyət Donanmasına aid F-35 qırıcısı iki gün əvvəl Aralıq dənizinə düşüb.
Rubrika.az
Facebook-da paylaş










