Əsas Səhifə > İdman > Millimiz dünya çempionatında karatenin yaradıcılarına qalib gəldi - YENİLƏNİR
Millimiz dünya çempionatında karatenin yaradıcılarına qalib gəldi - YENİLƏNİR19-11-2021, 13:12 |
|
..Dubayda keçirilən Avropa çempionatında karatenin kumite növü üzrə kişilərdən ibarət millimiz daha bir komanda üzərində qələbə qazanıb. Oxu.Az-ın xəbərinə görə, yığmamız karatenin yaradıcıları 1/8 finalda Yaponiyaya 3:0 hesabı ilə qalib gəlib. Komandamız 1/4 finalda Serbiya ilə qarşılaşacaq. 11:52 BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında kişi kumite millimiz daha bir komandaya qalib gəlib. Oxu.Az-ın xəbərinə görə, Rafael Ağayev, Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət millimiz bu gün Hindistana 3:0 hesabı ilə qalib gəlib. Komandamız növbəti mərhələdə karatenin vətəni sayılan Yaponiya təmsilçiləri ilə qarşılaşacaq. Qeyd edək ki, komandamız dünən Xorvatiya ilə heç-heçə (2:2) sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Rubrika.az Geri qayıt |