Millimiz dünya çempionatında karatenin yaradıcılarına qalib gəldi - YENİLƏNİR
![]()
..Dubayda keçirilən Avropa çempionatında karatenin kumite növü üzrə kişilərdən ibarət millimiz daha bir komanda üzərində qələbə qazanıb.
Oxu.Az-ın xəbərinə görə, yığmamız karatenin yaradıcıları 1/8 finalda Yaponiyaya 3:0 hesabı ilə qalib gəlib.
Komandamız 1/4 finalda Serbiya ilə qarşılaşacaq.
11:52
BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında kişi kumite millimiz daha bir komandaya qalib gəlib.
Oxu.Az-ın xəbərinə görə, Rafael Ağayev, Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət millimiz bu gün Hindistana 3:0 hesabı ilə qalib gəlib.
Komandamız növbəti mərhələdə karatenin vətəni sayılan Yaponiya təmsilçiləri ilə qarşılaşacaq.
Qeyd edək ki, komandamız dünən Xorvatiya ilə heç-heçə (2:2) sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.
Rubrika.az
Facebook-da paylaş













