Əsas Səhifə > Dünya > Türk ordusuna xain hücum: Bir əsgər şəhid oldu

Türk ordusuna xain hücum: Bir əsgər şəhid oldu


26-11-2021, 10:21
Türk ordusuna xain hücum: Bir əsgər şəhid oldu

..Suriya-Türkiyə sərhədində açılan atəş nəticəsində türk ordusunun bir hərbçisi yaralanıb.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, təcili yardımla xəstəxanaya aparılan 29 yaşlı çavuş bütün müdaxilələrə baxmayaraq şəhid olub.

Məlumata görə, Suriya sərhəd xəttində xidmət edən əsgərlər Suriya ərazisindən qeyri-qanuni keçmək istəyən naməlum şəxslərə “Dayan” xəbərdarlığı edib. Bundan sonra açılan atəş nəticəsində ağır yaralanan 29 yaşlı çavuş xəstəxanada şəhid olub.


Rubrika.az
Geri qayıt